May 29, 2023

Buxarada keçirilən Gənclər Turizm Forumunda turizm gələcəyi müzakirə olundu

Bu il dekabrın 20-21-də Buxara şəhərində II Beynəlxalq Gənclər Turizm forumu keçirilib. Layihənin təşəbbüskarı Buxara vilayət Turizm və İdman idarəsi olub, onlayn forumda 10-a yaxın xarici delegətlər də iştirak edib. Tədbirin keçirilməsində məqsəd yerli və xarici ekspert və tələbələrin yüksək potensiallı elmi işlərinin üzə çıxarılması, start-up layihələrinin müəyyən edilməsi və həyata keçirilməsi, eləcə də turizm sahəsində ixtisaslı kadrların yetişdirilməsinə yardım etməkdir.

Turaz.org  xəbər verir ki, forumda sahənin aparıcı mütəxəssisləri öz təcrübələri ilə bağlı təqdimatlarla çıxış edib. İki gün davam edən forumda Özbəkistanın bir sıra regionlarından gənclərlə yanaşı, beynəlxalq tələbələr (onlayn) və sənaye ekspertləri öz start-up layihələri və tədqiqatları ilə iştirak edib.

İştirakçılar MICE (biznes) turizmi, ekoturizm, turizm və innovasiyalar, tibbi turizm sahələrində startap layihələrini təqdim edib.

Tədbirin sonunda isə ən yaxşı layihələr seçilib. MICE turizm üzrə ən yaradıcı ideya Səmərqənd İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universiteti, ekoturizm üzrə ən yaxşı təqdimat Buxara Dövlət Universiteti və Səmərqənd İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universiteti, turizm və innovasiyalar sahəsində ən yaxşı ideya Buxara Tibb İnstitutunun tələbəsi Məhəmməd Annas, Daşkənd Suvarma və Kənd Təsərrüfatı Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu və Səmərqənd İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universiteti, tibbi turizm sahəsində ən yaxşı start-up layihəsi Buxara Tibbi Universiteti və Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanizasiyası Mühəndisləri İnstitutu, ən kreativ layihə üzrə Daşkənd Suvarma və Kənd təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutunun tələbəsi Cəmşid Hociyev qalib gəlib.

Həmin gün Buxara turizm səfirləri seçilib və onlara “Buxara turizm səfiri” gümüş nişanı təqdim edilib.

Forum çərçivəsində tələbələr üçün Buxaraya ekskursiya da təşkil olunub.

Translate »