May 17, 2022

Buxarada yeni idman kompleksi istifadəyə verilib

 

Baydarka və kanoe yarışları 19-cı əsrin 60-cı illərində bir çox Avropa ölkələrində averçəkme klublarının yaranması ilə başlayıb və idman yarışları əvvəlcə baydarka, sonra kanoe qayıqlarında keçirilib.

Turaz.org xəbər verir ki, Beynəlxalq Kanoe Federasiyası (IKF) 1946-cı ildə yaradılıb və 1991-ci ildə 54 milli federasiyanı birləşdirib. Baydarka və kanoe avərçəkme idmanı 1936-cı ildən Olimpiya oyunlarının proqramına, 1938-ci ildən isə dünya çempionatına daxil edilmiş. Baydarka yarışları kişilər və qadınlar, kanoe üzrə isə yalnız kişilər üçün təşkil olunub. Baydarka tək adam, qoşa və dörd adamdan ibarət, kanoede tək və qoşa adamlar iştirak edir. 1972-ci ildən baydarka və kanoe slalom yarışları eksperiment kimi Olimpiya oyunlarının proqramına daxil edilmiş və böyük marağa və barışmaz rəqabətə səbəb olmuş.
Özbəkistanda bu idman növünün həvəskarları ötən əsrin 50-ci illərindən başlayaraq su hövzələrində, çay və axar sularda məşq və yarışlarda iştirak edirlər. Ölkəmizin yığma komandası 1996-cı ildə XXVI Yay Olimpiya Oyunlarında, xüsusən 1997-ci ildə Asiya çempionatında uğurlu çıxışı ilə tarixə düşüb. O, Koreya Respublikasının Sok Ça Siti şəhərində keçirilən Qitə birinciliyində 12 qızıl, 11 gümüş və 9 bürünc medal qazanıb.
Bu ilin sonunda boks, taekvondo, cüdo, bədii gimnastika kimi fərdi idman növləri üzrə böyük uğurlar qazanan rayonumuzda su idmanı həvəskarları üçün sevincli hadisə baş verib. Rayon mərkəzində “Köhnə və əbədi Buxara” kompleksinin şərq tərəfində baydarka və kanoe idman kompleksi tikilərək istifadəyə verilib.
Kompleksin açılış mərasimində rayon idman ictimaiyyətinin üzvləri, gənc idmansevərlər, əmək veteranları və kiv nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən rayon hakimi Batir Zəripov tamaşaçıları Yeni il münasibətilə səmimi qəlbdən təbrik edib, rayonda istifadəyə verilən yeni obyektlər, sosial infrastrukturlar sırasında baydarka və kanoe idman kompleksinin rolu və əhəmiyyətini qeyd edib. Əvvəla, belə bir kompleksin layihəsi və orada yaradılan şərait bizdə azdır. Başqa sözlə, gənc istedadlı idmançıların yetişdirilməsinə xidmət edən bu su idmanı qurğusu Prezidentin 28 dekabr 2020-ci il tarixli “2021-2023-cü illərdə Özbəkistan Respublikasının sosial və istehsalat infrastrukturunun inkişafı tədbirləri haqqında” qərarına uyğun olaraq inşa edilib. Nazirlər Kabinetinin “Üzgüçülüyün inkişafı ilə bağlı tədbirlər haqqında” 3 may 2018-ci il tarixli qərarına uyğun olaraq əhalinin, xüsusilə gənclərin su idman növlərinə cəlb edilməsi, o cümlədən daxili imkanlar, idmanın inkişafı təbii göldə baydarka və kanoeni yüksəltirmek öndə gəlib.
Bu idman kompleksinin tikintisi başa çatmamış rayonda üzgüçülük üzrə ixtisaslaşmış uşaq və yeniyetmələr üçün idman məktəbi yaradılmış, burada 80-dən çox oğlan və qız üç ixtisaslı məşqçinin iştirakı ilə nəzəri və praktiki məşğələlərə cəlb edilib. Mübaliğəsiz demək olar ki, asudə vaxtlarını səmərəli təşkil edən gənc idmansevərlər qısa müddətdə ciddi nəticələr əldə edəcəklər. O cümlədən, noyabrın 15-17-də Daşkənddə keçirilən avarçəkmə üzrə Respublika çempionatında rayonumuzun şərəfini layiqincə qoruyan 20 idmançıdan 10-nun fəxri qalıblar qatarindan yer alması, qalib və mükafatçı kimi qayıtması faktıdır.
Bu nəticələr, eləcə də indiki işimizin əsas məqsədi su idmanını inkişaf etdirmək, bu sahədə bacarıqlı məşqçilər hazırlamaq və seleksiya işlərinin aparılması, o cümlədən əhalinin su idman növlərinə cəlb edilməsidir.
Vilayət rəhbəri idman kompleksinin sakinlərin, gənclərin, qonaqların və turistlərin sevimli məkanı olmaqla yanaşı, ölkə, Asiya və dünya səviyyəsində yarışların keçirildiyi məkan olacağına əminliyini ifadə edib. Obyekti qısa müddətdə tikərək idmansevərlərin ixtiyarına verən “Peşkatransquriliş” MÇCnin inşaatçılarına da xüsusi minnətdarlıq bildirib.
Bundan sonra qırmızı lent kəsilib, tədbir iştirakçıları müasir kompleksdə yaradılan şəraitlə tanış oldular. Suda kanoe və baydarka avarçəkmə üzrə gənc idmançıların ustad dərsləri tamaşaçılar diqqətindən kənarda qalmayıb.

Özbək türkcəsindən çevirdi: Rahmet Babacan

Həmçinin bax:https://turaz.org/qisasi-alinan-dasalti-emeliyyatindan-30-il-otur/

Translate »