Dekabr 4, 2022

Buxaranın Həcc turizmi üçün böyük səlahiyyəti var- Sadiq Bədək

17 dekabrdə Buxara vilayətinin icra müvəkkili Batir Zəripöv Özbəkistan Respublikası Turizm İnkişafı Dövlət Komitəsi sədrinin türkiyəli məsləhətcisi Sadiq Bədək ilə görüşüb.

Turaz.org xəbər verir ki, söhbətdə qeyd olunduğu kimi, bu il turist axınının azalmasına koronavirus pandemiyası səbəb olub. Amma bu üzdən deyil ki, sahədə həll edilməsi lazım olan məsələlər həll olunmamış qalır. Müvafiq olaraq, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi üçün müəyyən edilmiş proqramlara uyğun olaraq Buxarada 150 dən çox layihənin həyata keçirilməsi üçün işlər aparılır.

– Turizm cöx zaman olub ki iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilmiş. Buxaranın bu baxımdan böyük bir səlahiyyəti var. Xüsusilə burada həcc turizmini inkişaf etdirmək üçün lap imkaniyyət var. Bundan əlbəttə istifadə etmək lazim. İndiki pandemiya şəraitində daxili turizmə etibari gucləndirmək mümkündür, – dedi Sadiq Bədək.

Sadiq Bədək, bölgədən keçən M-37 magistral yolun kənarında turizm infrastrukturunun inkişafı yolulə minlərlə xarici və yerli turisti bölgəyə cəlb etmək üçün bir sıra təkliflər də verdi.

Bu yölda, turizm potensialı yüksək olan ölkələrin, xüsusən Birləşmiş Ərəb Əmirlikləri və Türkiyənin təcrübəsindən istifadə edərək layihəni diqqətlə inkişaf etdirməyin lazım olduğunu vurğuladı. Qısa videoçarxların istehsalı da daxil olmaqla qonaq və xarici ölkələrin telekanallarında və sosial şəbəkələrində nümayiş ederək Buxaranın turizm potensialının təbliği ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyini qeyd etdi. Və bununla əlaqədar kömək etməyə hazır olduğunu bildirdi.

İclasda, həmçinin turizm sahəsində bir sıra digər aktual məsələlər, turizm xidmətləri, elm və sənayenin modernləşdirilmə mexanizmləri və formaları, sənaye standartlarına əsaslanan yüksək ixtisaslı və rəqabət qabiliyyətli kadrların hazırlanması, turizm təhsili və istehsalına yeni texnologiyaların tətbiqi müzakirə edilib.

Qeyd edək gərək ki, görüş işgüzar əlaqələrini daha da möhkəmləndirilməsində və Buxaranın xarici ölkələrlə turizm sahəsində əlaqələrinin istiqamətlərinin dəqiq müəyyənləşdirilməsində mühüm rol tutucaq.

Xəbəri hazırladı: Behzad Nemətov

Translate »