Noyabr 28, 2021

Çarmıxa çəkilərək edama məhkum edilən Səudiyyə Ərəbistanlı gənc cəzası yüngülləşdirildikdən sonra azadlığa buraxılıb

İnsan haqları təşkilatının verdiyi məlumata görə, 2012-ci ildə Ərəb Baharı zamanı nümayişdə iştirak etdiyinə görə həbs edilən və cəmi 17 yaşında ikən edam cəzasına məhkum edilən gənc səudiyyəli Əli Məhəmməd əl Nimr, çərşənbə günü Səudiyyə Ərəbistanı hakimiyyəti cəzasını yüngülləşdirməsindən səkkiz ay sonra o, azad edilib.

Turaz.org xəbər verir ki,2012-ci ildən 18 yaşı tamam olarkən nümayişlərdə iştirak etdiyinə görə saxlanılan və edama məhkum edilən Əli Əl Nimr bu gün sərbəst buraxılıb. Bu barədə Səudiyyə Ərəbistanında ixtisaslaşmış insan haqları qrupu ALQST Twitter hesabında məlumat yayıb.

Gənc şiələrin Qətif əyalətində vəhhabi hökumətinə qarşı etiraz aksiyası zamanı həbs edilib və insan haqları təşkilatlarının bildirdiyinə görə, digər ittihamlarla yanaşı, qanunsuz nümayişdə iştirak etməkdə və kralı təhqir etməkdə ittiham edilib.

2014-cü ilin mayında Əl Nimr çarmıxa çəkilərək ölüm cəzasına məhkum edildi və bəzi QHT-lərin şikayətlərinə görə o, həbsxanada işgəncənin qurbanı olub.

Ötən fevral ayında Səudiyyə Ərəbistanının terrorizm cinayətlərinə cavabdeh məhkəməsi onun ölüm hökmünü daha 10 il həbs cəzası ilə əvəz edib.

2020-ci ilin aprelində Səudiyyə Ərəbistan kralın fərmanı ilə yetkinlik yaşına çatmayanlara ölüm cəzasının tətbiqini dayandırıb,yalnız indi yetkinlik yaşına çatmayanlar üçün təcridxanada maksimum 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.

Tərcüməçi: Rüqəyya Səmədzadə 

Həmçinin bax: turaz.org/istehlak-qiymetleri-indeksi-oktyabr-ayinda-son-29-ilde-en-boyuk-artimla-5-5-e-yukselib/

 

 

 

 

 

 

 

Translate »