Fevral 3, 2023

Cavad Övci: Azərbaycanla əlaqələrin inkişafına xüsusi diqqət yetiririk

İran Prezidenti İbrahim Rəisi qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Turaz.org yerli mətbuata istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Övci deyib.

Cavad Övcinin sözlərinə görə, bu, 13-cü hökumətin əsas və prinsipial siyasətidir. Bütün dövlətlərlə, xüsusən də qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran Prezidenti İbrahim Rəisi administrasiyasının əsas xarici siyasətidir.

O həmçinin qeyd edib ki, İran və Azərbaycan “Şahdəniz” qaz yatağının birgə işlənməsini həyata keçirirlər.

Nazir vurğulayıb ki, “Şahdəniz” layihəsində İran-Azərbaycan tərəfdaşlığı Xəzərin neft-qaz yataqlarında birgə işlərin müəyyənləşdirilməsi üçün yaxşı təcrübədir.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/bmt-ukraynada-arasdirmalara-baslayir
Həmçinin bax: kafkazh.com/aile-deyerleri

Translate »