Dekabr 5, 2021

Cəbrayılda təsərrüfatla məşğul olan 54 yaşlı kişi minaya düşüb

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Turaz.org xəbər verir ki,Cəbrayıl Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müxbir: Əzizə Əlizadə

Translate »