Yanvar 29, 2022

Cəfərov: “Hakimiyyətin seçkilərə təzyiqi təsdiqlənsə, istefa verərəm”

“Seçkidə iştirak edənlərin səslərinin oğrulanması və ya bülletenin dəyişdirilməsi ilə bağlı verdikləri bəyanat tamamilə cəfəngiyyatdır”.

Turaz.org xəbər verir ki, bunu Qırğıztanın Prezidenti Sədir Cəfərov “Arıba” saytına müsahibəsində noyabrın 28-də ölkə parlamentinə seçkilərin nəticələrindən danışarkən bildirib.

“Bütün müşahidəçilər, o cümlədən beynəlxalq təşkilatlar seçkiləri yüksək qiymətləndiriblər. Əgər seçkidə pozuntular və saxtakarlıq olsaydı, onlar bütün dünyaya Qırğızıstanda “səslər oğurlanıb” deyə bağırardı. Ölkədə seçki məntəqəsinin 31 min üzvü var. Mərkəzi Seçki Komissiyasının bütün üzvləri hakimiyyət tərəfindən səslərin oğurlanması ilə bağlı onlara təzyiq göstərildiyini bəyan etsələr, həmin an mən istefa verərəm”, – o bildirib.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/2021-ci-il-dekabrin-1-den-qirgizistan-milli-banki-iki-kolleksiya-sikkesini-dovriyyeye-buraxib
Həmçinin bax: kafkazh.com/havanin-cirklenme-menbeleri

Translate »