Fevral 3, 2023

Cəfərov Özbəkistanla sərhəd sazişinin təsdiq edilməsi haqqında qanun imzalayıb

Qırğızıstan Prezidenti Sədir Cəfərov “noyabrın 3-də Bişkekdə imzalanan Qırğızıstan-Özbəkistan dövlət sərhədinin müəyyən hissələri haqqında Qırğızıstan və Özbəkistan arasında sazişin təsdiq edilməsi” haqqında qanun qəbul imzalayıb.

Turaz.org bildirir ki, qanun 2022-ci il noyabrın 17-də Joqorku Keneş (Ali Şura) tərəfindən təsdiq edilib.

Bu saziş Qırğızıstan və Özbəkistan sərhədinin 302.29 km ərazisini nəzərə alır və hər iki ölkə arasında sərhəd münaqişəsinə son qoymaq vacib rolu var

Daha öncə Özbəkistanın Baş naziri Abdulla Aripov müqavilənin təfərrüatları barədə məlumat vermişdir.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/qelebeler-zeferler-partiyasi-yeni-azerbaycan-partiyasi/

Translate »