Sentyabr 28, 2022

Cəfərov Rusiya universitetlərində təhsil alan tələbələrini geri dönməyə və ölkəni inkişaf etdirməyə çağırıb

Qırğızıstan Prezidenti Sədr Cəfərov, Rusiya Federasiyasına ilk rəsmi səfəri çərçivəsində Moskvada qırğız tələbələr və həmvətənləri ilə görüşüb.

Turaz.org xəbər verir ki , dövlət başçısı qeyd edib ki, 16 mindən çox Qırğızıstanlı Rusiyanın təhsil müəssisələrində təhsil alır, bunların demək olar ki yarısı hədəf kvotaları əsasında büdcədən maliyyələşir.
Sədr Cəfərov tələbələrə “Siz Qırğızıstanın gələcək inkişafında əsas qüvvə olacaq yeni nəslimiz. Sizin bilikləriniz əla bir qaynaqdır. Məzun olduqdan və vətənə qayıtdıqdan sonra, sizi ölkəmizin bir çox sənayesinin və sektorunun inkişafına töhfə verməyə çağırıram ” deyib.

Qarşıya qoyulmuş bütün hədəf və vəzifələrin yalnız birgə səylərlə əldə oluna biləcəyini söyləyən Prezident, həmvətənlərinə cansağlığı, firavanlıq və ailələrinə işıqlı gələcək arzulayıb.


Müxbir: Turaz.org xüsusi müxbiri: Aytac Cəfərova
Tərcümə edən: Şirinzadə Aliyə

Həmçinin bax:https://turaz.org/turkiye-ermenistanda-bas-veren-hadiselerle-bagli-aciqlama-verib/

Həmçinin bax:https://turaz.org/ozbekistan-cin-sirketlerini-olkedeki-medenlere-investisiya-qoymaga-cagirir/

Translate »