Oktyabr 20, 2021

Cəfərov, Sahibkarlar Günü münasibətilə təbriklərini çatdırıb

Qırğızıstan Prezidenti Sədir Cəfərov ölkənin iş adamlarını Qırğız Respublikasının Sahibkarlar Günü münasibətilə təbrik edib.

Turaz.org xəbər verir ki, işgüzar nümayəndələrə müraciətində Qırğızıstan lideri müstəqillik qazandıqları 30 ildən artıq müddətdə Qırğızıstan xalqının demokratik və azad bir dövlət qurmağı bacardıqlarını qeyd edib.

“Artıq bir il yarımdan çoxdur ki, koronavirus pandemiyası bütün dünya ictimaiyyəti üçün təhlükə yaradır və hətta dünyanın aparıcı dövlətlərinin iqtisadi fəaliyyətinə mənfi təsir göstərərək, demək olar ki, bütün sahələr üçün mənfi nəticələrə səbəb olur”,- deyə Qırğızıstan Prezidenti qeyd edib.

Dövlət başçısı əlavə edib ki, ölkənin bütün iqtisadiyyatının böhran yaşadığı bu çətin dövrdə qırğız sahibkarları pandemiya dövrünün bütün çətinliklərinə ləyaqətlə tab gətirdilər və bir çox qurumlar işlərini yeni məhsulların istehsalına yönəltdilər.

Əmin etmək istəyirəm ki, hökumət iş mühitinin yaxşılaşdırılması üçün bütün tədbirləri görəcək, tənzimləyici bazanı təkmilləşdirmək və investisiya cəlb etməklə kiçik və orta sahibkarlığa kömək edəcək.Bu məqsədlə bu ilin əvvəlində dövlət orqanlarına iş mühitini dəstəkləmək üçün vəzifələr qoyduğum bir sıra fərmanlar verdim. Dövlət bunun üçün əlverişli şərait yaradaraq bu cür tədbirləri görməyə davam edəcək.

Cəfərov, Qırğızıstan iş adamlarının bundan sonra da ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcəyinə və təkcə Qırğızıstan bazarlarında deyil, həm də xaricdə xarici şirkətlərə sağlam rəqabət təmin edəcəyinə əminliyini ifadə edib.

Hörmətli Sahibkarlar!

Bu gün, bu bayram günündə sizi peşə bayramınız – Qırğızıstan Respublikası Sahibkarlar Günü münasibətilə təbrik edirəm! Sizə möhkəm cansağlığı, tükənməz enerji və yaradıcılıq və bütün iş məqsədlərinizə çatmaqda böyük uğurlar arzulayıram “, -deyə təbrikdə qeyd edilir.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/erdogan-rusiyaya-sefer-edecek/

Translate »