İyul 4, 2022

Cəfərov Yaponiya ilə Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bağlı bəyanat verib

Turaz.org xəbər verir ki, Qırğızıstan Prezidenti Sədir Cəfərov Yaponiya ilə Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Qırğızıstan liderinin mətbuat xidmətində verdiyi bəyanatda bildirilir:

“Qırğızıstan müstəqillik əldə etdikdən sonra diplomatik münasibətlər qurulandan bəri ölkələrimiz arasında yaxşı münasibətlər qurulub. Ümidvar olduğumu bildirmək istərdim ki, bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qırğızıstan Respublikası və Qırğızıstan xalqı ilə əlaqələrin daha da inkişafına töhfə verəcək.

Yaponiya uzun müddətdir ki, Qırğızıstan müstəqillik qazandıqdan sonra dövlətçiliyin möhkəmləndirilməsi, o cümlədən insan resurslarının inkişafı sahəsində Qırğızıstanla əməkdaşlıq edir.

Qırğızıstan Yaponiyanın uzun illərdir ki, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirdiyi dost ölkədir. Yaponiya Qırğızıstanın sosial və iqtisadi inkişafına bundan sonra da dəstək vermək və Qırğızıstanla əlaqələri gücləndirmək üçün sizinlə əməkdaşlıq etmək niyyətindədir”, – deyə Yaponiyanın baş naziri təbrik məktubunda qeyd edib.

Fumio Kişida Sədir Cəfərova möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Qırğızıstan xalqına firavanlıq arzulayıb.

Tərcüməçi: Həmidə İskəndərova

Həmçinin bax: https://turaz.org/istiqrazlara-tetbiq-edilen-orta-cekili-faiz-kuponu-odenisi-illik-15-teskil-edib/

Translate »