Cənubi Koreya və ABŞ-ın hərbi dəniz donanmaları, həmçinin Yaponiya Dəniz Özünümüdafiə Qüvvələri birgə təlimlər keçirməyi planlaşdırır.
Turaz.org xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, dəniz təlimləri ABŞ-ın “Nimitz” adlı nüvə aviadaşıyıcısının iştirakı ilə keçiriləcək.
Qeyd edilib ki, “Nimitz” aviadaşıyıcısı çərşənbə axşamı Cənubi Koreyanın ikinci ən böyük şəhəri olan Pusana çatıb.
Agentliyin məlumatına görə, gəmi böyük ehtimalla bu həftənin sonunda limanı tərk edəcək, təlimlər isə gələn həftənin əvvəlində baş tutacaq.
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib