Cənubi Koreya, virusun yenidən artması fonunda Seul bölgəsində daha sərt Səviyyə 4 karantini tətbiq edəcək.
Cənubi Koreyanın cümə günü yayda yeni COVID-19 infeksiyasının dördüncü dalğası ilə əlaqədar narahatlıqlarının gücləndiyi üçün Seul bölgəsini 4 cü Səviyyənin ən sərt sosial uzaqlaşdırma qaydaları altına qoyacağını açıqlayıb.
Turaz.org xəbər verir ki, Yonhapdan verilən məlumata görə, bazar ertəsi günü iki həftə ərzində Seul, Gyeonggi Əyalətində və paytaxtın 40 kilometr qərbindəki İnçeon şəhərində Səviyyə 4 tədbirlərinin həyata keçirilməsinə dair qərar, Baş nazir Kim Boo-kyumun sədrliyi ilə idarələrarası COVID-19 cavab iclasında qəbul edilib.
Səviyyə 4 qaydalarına görə, axşam 6-dan sonra ikidən çox insanın bir yerə toplaşması qadağandır. Hökumət bir nəfərlik etirazlara icazə versə də, nümayişlər də məhdudlaşdırılacaq. Toylarda və dəfnlərdə yalnız qohumlar iştirak edə bilər. Gecə klubları da daxil olmaqla əyləncə müəssisələrinin bağlanması əmri verilib, restoranların müştərilərinə axşam saat 10-a qədər nahar etməsinə icazə veriləcək.
Hökumət ayrıca COVID-19 vaksini vurduranlar üçün açıq havada maskasız davranma qaydaları və xüsusi iclaslarda işçilərin sayılmaması kimi təşviq proqramlarının dayandırılmasına qərar verib. Xalqdan xüsusi iclaslar keçirməməsini xahiş edərkən Kim, “Antivirus tədbirləri maksimum böhran səviyyəsinə çatdı, rekord sayda yeni gündəlik COVID-19 hadisəsi bir neçə gündür yenilənir” deyə bildirib.
Qərar, son zamanlarda ölkə daxilində yeni virusa yoluxma hallarının artması və paytaxt bölgəsində baş verən bir sıra epidemiyalarla əlaqədar olaraq qəbul edilib. Cümə axşamı, Cənubi Koreya 1275 yeni yoluxmanı bildirib, millətin ilk yoluxmanı 2020-ci ilin əvvəlində bildirdiyindən bu yana gündəlik COVID-19-un ən yüksək sayı qeydə alınıb.
Koreya Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyinin rəhbəri Jeong Eun-kyeong, ” Cənubi Koreyanın bir dördüncü dalğaya girmə mərhələsidir və ən pisi hələ qarşıdadır , ən pis ssenaridə, millətin gündəlik yeni infeksiyalarının 2140 səviyyəsində ola biləcəyini ” söyləyib. O, həmçinin işlər pisləşməyincə, gündəlik yeni infeksiyaların iyul ayının sonlarında 1400 səviyyəsində ola biləcəyini xəbərdar edib.
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/ozbekistan-avrobondlari-dollarla-ve-sumla-buraxmaga-hazirlasir
Həmçinin bax: kafkazh.com/hemofiliya
Son Xəbərlər
İran Azərbaycana nota verib
Nazir müavini: “Rusiya qoşunları Baxmutu ələ keçirmək üçün uğur qazana bilmir”
“PKK-nın Kılıçdaroğlunu dəstəkləməsi hökümətə sərf edir”- Ələsgər Məmmədli