Cənubi Koreya Xarici İşlər naziri Park Jin bazar günü monqol həmkarı ilə ikitərəfli əlaqələr, regional və qlobal məsələlər barəsində danışıqlar aparmaq üçün Monqolustana səfər edib.
Turaz.org xəbər verir ki, bu gün Monqolustan Xarici İşlər naziri Battsetseq Batmunxiin koreyalı həmkarı Park Jini qarşılayıb kitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.
Cənubi Koreya Xarici İşlər nazirinin Monqolustana ilk səfəri ölkənin qlobal təchizat zəncirlərini təmin etmək üçün beynəlxalq səylər fonunda son vaxtlar zəngin resursları ilə diqqəti cəlb etdiyi bir vaxta təsadüf edir. Cənubi Koreya və Monqolustan arasında qarşılıqlı əlaqələr 2014-dən başlayır.
Ulaanbaatar vilayətinə gəldikdən cox az sonra 1910-cu illərdə infeksiyon xəstəliklərlə mübarizə aparmaq üçün xəstəxana açdırmış və 1910-45-ci illər Yaponiya müstəmləkə hakimiyyətinə qarşı Koreyanı müdafiə etmiş müstəqillik uğrunda vuruşan Lee Tae-jonun xatirəsinə salınmış parkı ziyarət edib. 2001-ci ildə salınan bu park hər iki dövlət arasında dostluq rəmzinə çevrilib.
Kecən gün nazir monqol alim və mütəxəssislərlə Şimal-Şərqi Asiyanı narahat edən bir sıra məsələləri müzakirə etmək üçün görüşüb.
Monqolustanı tərk etmədən öncə, Park öz səfərinin iqtisadi təhlükəsizlik sahələrində ikitərəfli “praktiki” əməkdaşlığın dərinləşdirilməsinə və və “ümumbəşəri dəyərləri” paylaşan iki xalq arasında həmrəyliyi gücləndirmək məqsədi daşıdığını bildirib.
“Biz təchizat zəncirlərinin sabitləşdirilməsi və şaxələndirilməsi üçün dünyanın 10 ən zəngin təbii resurslara malik ölkələrindən biri olan Monqolustanla əməkdaşlığı dərinləşdirmək istərdik” Park müxbirlərə danışıb.
Park əlavə edib ki, prezident Yoon Suk-yeol-un əlyazma məktubunu ikitərəfli münasibətlərin inkişafını arzulayan Monqolustan Prezidenti U.Xurelsuxa çatdırmağı planlaşdırır.
Müxbir: Aytac Cəfərova
Tərcümə: Nigar Yusubova
Həmçinin bax: turaz.org/qirgizistan-biskekden-islamabada-muntezem-aviareys-acir
Həmçinin bax: kafkazh.com/qaraqoyunlu-dovletinin-etnik-menseyi
Son Xəbərlər
ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi