Seulda bu barədə Özbəkistan və Cənubi Koreyanın məşğulluq və əmək münasibətləri nazirləri arasında danışıqlar aparılıb.
Turaz.org xəbər verir ki, Koreya Respublikasında səfərdə olan Özbəkistanın məşğulluq və əmək münasibətləri naziri Nazim Hüseynov bu ölkənin məşğulluq və əmək naziri Li Junq-Sik ilə görüşüb.
Danışıqlar zamanı tərəflər tikinti və kənd təsərrüfatı işləri üçün Özbəkistandan olan əmək miqrantları üçün kvotanın artırılması məsələsini müzakirə ediblər. Bundan əlavə, Özbəkistan vətəndaşlarının Koreya Respublikasındakı şirkətlərə işə qəbulu ilə bağlı anlaşma memorandumu imzalanıb.
Müxbir: Aytac Cəfərova
Tərcüməçi: Günay Xankişiyeva
Həmçinin bax: https://turaz.org/qesm-havayolu-sirketi-ozbekistana-ucuslara-baslayacaq/
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək