Özbəkistana xüsusi avtomobillər, qoruyucu qurğular və digər avadanlıqlar 2022-ci ilin əvvəlində gətiriləcək.
Turaz.org xəbər verir ki, Seulda Özbəkistan Fövqəladə Hallar Nazirliyinin ehtiyacları üçün 8 ədəd xüsusi yanğınsöndürən avtomobil, tibbi avadanlıq və qoruyucu vasitələrin təmənnasız təhvil verilməsi mərasimi keçirilib.
Mərasimdə ölkənin Seuldakı səfirliyinin, Koreya Milli Yanğın Təhlükəsizliyi Xidmətinin, Koreya-Özbəkistan Biznes Assosiasiyasının və Koreya Yanğın Təhlükəsizliyi Assosiasiyasının nümayəndələri iştirak ediblər.
Avadanlığın Özbəkistana tədarükünün 2022-ci ilin əvvəlində planlaşdırılır. Cənubi Koreya tərəfi avadanlığın təhvil verilməsi ilə yanaşı, həm Özbəkistanda, həm də Cənubi Koreyada bu avadanlıqdan istifadə üzrə təlim kursları təşkil etməyi planlaşdırır.
Qısa müddət ərzində Seuldakı diplomatik nümayəndəliyin dəstəyi ilə yanğın təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin birgə işlənib hazırlanması və memorandumun imzalanması məqsədilə hər iki ölkənin müvafiq ekspertlərinin qarşılıqlı səfərləri həyata keçirilib.
Cənubi Koreya tərəfi Daşkənd vilayətində yanğın təhlükəsizliyi üzrə təlim kompleksinin tikintisi üzrə investisiya layihəsi üzərində işləyir.
Müxbir: Əzizə Əlizadə
Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/mirziyoyev-sankt-peterburqda-mdb-nin-qeyri-resmi-sammitinde-istirak-edib
Həmçinin bax: kafkazh.com/reproduktiv-izolyasiya
Son Xəbərlər
QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək