Oktyabr 23, 2021

Cənubi Koreyada virus məhdudiyyətləri 2 həftə uzadılıb

Ölkədə 2 gün ərzində ilk dəfə yoluxma sayı 2000-dən aşağı enib.

Turaz.org xəbər verir ki, Cənubi Koreyanın gündəlik yeni koronavirusa yoluxma sayı Şənbə günü iki gün ərzində ilk dəfə olaraq 2000-dən aşağı düşüb.

Səlahiyyətlilər daha ötürücü delta variantının yaratdığı virusun sürətlə artması ilə mübarizə üçün sərt məhdudiyyətləri uzatmaq niyyətindədir. Ölkə, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) məlumatına görə, 1814 yerli infeksiyalar da daxil olmaqla daha 1880 COVID-19 faktı əlavə edilib və ümumi yoluxma sayı 234739-a çatıb.

Ölkədə COVID-19-dan daha beş ölüm qeydə alınıb ki bununla da, ölənlərin sayını 2202-ə çatıb. Mövcud sosial uzaqlaşdırma tədbirlərinin bazar günü başa çatacağı təyin olunsa da, pandemiyanın dördüncü dalğası hələ nəzarət altına alınmadığı üçün səlahiyyətlilər məhdudiyyətləri sentyabrın 5-dək saxlamağa qərar veriblər.

Bazar ertəsi günü qüvvəyə minən daha sərt tədbirlərə əsasən, restoran və kafelərin saat 21:00-da, cari gecə komendant saatından bir saat əvvəl bağlanması tələb olunacaq. Yarı karantina tədbirləri, saat 6-dan sonra iki nəfərdən çox adamın toplanmasını və gecə klublarının və digər əyləncə yerlərinin fəaliyyətini qadağan edir.

KDCA, cəmi 25,5 milyon insana və ya əhalinin 49,7 faizinə COVID-19 peyvəndi vurub və 11,1 milyon insan tam peyvənd edilib. Hökumət, noyabr ayında sürü toxunulmazlığı yaratmaq üçün sentyabr ayına qədər ölkə əhalisinin ən az 70 faizini peyvəndləməyi hədəfləyir, lakin ABŞ dərman istehsalçısı Moderna tərəfindən gecikmiş peyvənd tədarükü, planının həyata keçirilə biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Tərcüməçi: Şirinzadə Aliyə
Həmçinin bax: turaz.org/ozbekistan-yuk-masinlarinin-idxali-ucun-sifir-gomruk-rusumu-ve-vergileri-tetbiq-edib
Həmçinin bax: tehsilim.org/ixtisas-secimi-zamani-nelere-diqqet-yetirmeli-i-ve-ii-qrup

Translate »