Fevral 8, 2023

Cənubi Koreyada gündəlik yoluxma 600-ün altına düşüb

Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alma Agentliyinin (KDCA) bildirdiyinə görə, ölkədə 570 yerli infeksiya daxil olmaqla daha 585 COVID-19 faktı qeydə alınıb.

Turaz.org xəbər verir ki , Cənubi Koreyada şənbə günü 666, cümə günü isə 561 yoluxma qeydə alınıb. Virusdan ümumilikdə vəfat sayına 5 əlavə olunaraq , 1931-ə yüksəlib.

Qeyd edək ki , May ayının əvvəllərindən bəri ölkədə sosial məsafə sxeminin mövcud səviyyəsi 13 İyuna qədər üç həftə daha uzaldılıb. Beş və ya daha çox insanın toplanması ümummilli olaraq qadağandır. Ölkədə Ulsan kimi cənub şəhərləri ilə birlikdə İngiltərə, Cənubi Afrika, Braziliya və Hindistandan olan 1000-dən çox COVID-19 ştamı qeydə alınıb.

Peyvəndləmə prosesinə gəldikdə isə şənbə gününə qədər 1.74 milyon insan və ya ölkə əhalisinin yüzdə 3.4-ü tam peyvəndlənib. Ölkə peyvənd proqramını 26 fevralda başladıb. Ümumilikdə 3.79 milyon insan və ya yüzdə 7.4, peyvəndin ilk komponentini qəbul edib. Ölkənin peyvənd planına əsasən, Cənubi Koreya iyun ayının sonuna qədər 13 milyon insanı peyvəndləməyi planlaşdırır.

Tərcüməçi: Şirinzadə Aliyə

Həmçinin bax: https://turaz.org/qazaxistanda-koronavirus-infeksiyasi-artib/

Translate »