Oktyabr 3, 2022

Cənubi Koreyanın Xarici İşlər Naziri Monqolustana səfər edəcək

Cənubi Koreyanın Xarici İşlər Naziri Park Jin növbəti həftə ikitərəfli əlaqələri və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün Monqolustana səfər edəcək.

Turaz.org cənab nazirin sözçüsü Choi Young-sam mətbuat brifinqində bildirdiyi məlumata istinadən xəbər verir ki, o, həmkarı B.Battsetseq ilə danışıqlar aparmaq üçün bazar günü Monqolustanın paytaxtı Ulan-Batora getməyi planlaşdırır.

O, həmçinin president U. Xürelsüxlə nəzakətli görüş keçirməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etmək üçün digər siyasətçilər və sənaye rəsmiləri ilə görüşməyi planlaşdırır. Park çərşənbə axşamı evə qayıtmalıdır.

Bu, Cənubi Koreyanın baş diplomatının 2014-cü ildən bəri Monqolustana ilk rəsmi səfəri olacaq. Tərəflər keçən il ikitərəfli münasibətlərini “strateji tərəfdaşlığa” yüksəldiblər.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Nigar Yusubova

Həmçinin bax: https://turaz.org/rusiyanin-bas-naziri-misustin-qirgizistana-sefer-edib/

Translate »