Ukraynanın Çerniqov şəhərində ötən gün axşam saatlarından bu gün səhərə qədər 2-3 istiqamətdən Rusiya silahlı qüvvələri tərəfindən artileriya və aviabomba zərbələri endirilib.
Turaz.org-un“Report”-a istinadən verdiyi məlumata görə, şəhərin müdafiəsi Ukrayna silahlı qüvvələri və könüllülər tərəfindən aparılır, təslim olmayıblar və işğalçı qüvvələri geri otuzdura biliblər.
Son sutkada aviabomba nəticəsində təkcə Çerniqovda 40 nəfər mülki adam həlak olub, 100 ə yaxın adam yaralanıb. Operativ məlumatlara əsasən Rusiya tərəfində 100-ə yaxın texnika sıradan çıxarılıb, 200-ə qədər itkinin olduğu bildirilir.
Çerniqovun işıq sistemi bombalanma nəticəsində sıradan çıxıb, şəhərin 2/3 hissəsinin istiliyi yoxdur.
Hazırda yerli sakinlər Ukrayna silahlı qüvvələri ilə birlikdə müdafiə barikadaları qurur, azyaşlıları belə könüllülərə yardım edir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
“Azərbaycan və İsrail İranın təhdidini bölüşür”- Eli Kohen
Alim Qasımov ABŞ-da konsert verib
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”