Oktyabr 2, 2022

Çətənə istixanasına əməliyyat

Antalya şəhərinin Döşəməaltı və Finike rayonlarında torpaq sahəsində çətənə yetişdirən İ.G, H.G. və A.G. jandarma əməliyyatı ilə həbs olunub.

Turaz.org “CNN Türk”-ə istinadən xəbər verir ki, narkotiklə mübarizə çərçivəsində Antalya şəhəri Respublika Baş Prokurorluğunun jandarmaları Dağbeli və Yaşılyurd məhəllələrində İ.G. evinin həyətyanı sahəsindəki istixanada, H.G. və A.G.-ları isə əkin sahəsində çətənə bitkiləri yetişdirdiklərini müəyyənləşdiriblər. Antalya İl Jandarma Komandanlığı KOM Şöbə Müdirliyi və Dağbeli Jandarma Stansiya Komandanlığı qrupları tərəfindən aparılan axtarış zamanı 55 kök çətənə bitkisi aşkar edilib.

Həmçinin, KOM Şöbəsi Finike Mərkəzi Jandarma Stansiya Komandanlığı və Finike Hadisə Yeri İstintaq Qrupunun əməkdaşlarının evdə apardıqları axtarışlar zamanı 115 kök gövdəsi, 2 min 50 qram bitki mənşəli çətənə, 4 qram çətənə bitkisi toxumu və boş silah ələ keçirilib. İ.G., H.G. və A.G.  barələrində qanuni tədbir görülüb.

Müxbir və tərcümə: Zeynəb Qurbanlı
Həmçinin bax: turaz.org/vanda-terrorculara-mexsus-silah-ve-sursatlar-ele-kecirilib
Həmçinin bax: kafkazh.com/krim-tatarlarinin-milli-bayraq-gunune-hesr-edilmis-klip

Translate »