Noyabr 27, 2021

Çex Respublikasında 3 yeni nazirlik yaradılıb

Çex Respublikasında keçirilmiş son parlament seçkilərində qalib gəlmiş 2 liberal partiya koalisiyaları Nazirlər Kabinetində 3 yeni nazir vəzifəsi yaratmaq niyyətindədir. Bura Avropa işləri, qanunvericilik, həmçinin elm və tədqiqatlar üzrə nazir vəzifələri daxildir.

Turaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Mladá fronta DNES” qəzeti məlumat yayıb.

İndi qalib koalisiyalar Nazirlər Kabinetinin proqram bəyanatını da razılaşdırıblar. Gələn həftə imzalanması planlaşdırılan bəyanatda ölkənin Rusiya və Çinlə münasibətlərinə yenidən baxılması da daxildir.

Müxbir: Əzizə Əlizadə

Translate »