Oktyabr 22, 2021

Çex turistlər Almaniyada qəzaya düşüblər

Almaniyada Çex Respublikasından olan turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Turaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çex Respublikasının CTK informasiya agentliyi məlumat yayıb.

Qəza nəticəsində avtobusda olan 14 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Turistlər İtaliyadan geri qayıdırmışlar. Avtobusda ümumilikdə 39 nəfər olub. Hadisənin digər təfərrüatları açıqlanmır.

Müxbir: Sevinc İbrahimzadə

Translate »