Oktyabr 21, 2021

Ceyhun Bayramov ABŞ-a yola düşüb

 

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Turaz.org xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Müxbir: Əzizə Əlizadə

Translate »