İyun 6, 2023

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, dövlət katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

Bu barədə Turaz.org Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar. Onlar həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/ayib-de-sanksiyalara-qosuldu
Həmçinin bax: kafkazh.com/beseriyyet-ucun-deyerli-insan-babur-sah

Translate »