Avqustun 22-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğluna telefonla zəng edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, nazir Ceyhun Bayramov Türkiyənin Qara dənizdə zəngin qaz yatağı kəşf etməsi münasibətilə səmimi təbriklərini həmkarına çatdırıb.
Dünya enerji bazarında etibarlı tranzit ölkəsi kimi tanınan Türkiyənin bundan sonra mühüm enerji istehsalçısı kimi çıxış edəcəyi və beləliklə, bölgədə enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcəyi vurğulanıb.
Türkiyə tarixindəki ən böyük təbii qaz yatağının kəşfinin Türkiyə dövlətinin və xalqının rifahı və tərəqqisinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Nazirlər dost və qardaş ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin səmərəli şəkildə inkişafının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.
Mənbə :Azərtac.
Müxbir : TurAz.org xüsusi müxbiri Həziyeva Ülviyyə
Həmçinin bax:https://kafkazh.com/yeniyetmelerin-qrup-aqressiyasi-ve-onlarin-qarsisinin-alinmasi-usullari/
Son Xəbərlər
AİA Baş nazirləri Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Qazaxıstan loukoster avaişirkəti Astana-Ankara marşrutu üzrə uçuşlar edəcək
TDT Baş katibi Fransanın Türkiyədəki səfiri ilə görüşüb