Dekabr 9, 2022

Ceyhun Bayramov: “Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir”  

Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.

 

TURAZ.ORG xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.

 

“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

 

Müxbir: Əzizə Əlizadə

Translate »