Yanvar 26, 2022

Ceyhun Bayramov İsveçə gedib

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb.

Turaz.org xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Müxbir: Əzizə Əlizadə

Translate »