Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşüb.
TURAZ.ORG xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb.
“BMT Baş Assambleyası çərçivəsində qardaş Pakistanın xarici işlər naziri Bilaval Bhutto Zərdari ilə görüşməkdən çox şadam. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr və əməkdaşlıq bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir. Sarsılmaz və güclü dəstəyə görə təşəkkür edirik!”, – C.Bayramov qeyd edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Gürcüstan üçüncü dünya müharibəsi ilə üz-üzə
Oqtay Əliyevin öldüyü qəza ilə bağlı cinayət işi başlanıldı
Azərbaycan və Türkiyə Prezidenti arasında görüş keçirildi