Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Turaz.org Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Cari ildə iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını nəzərə alaraq, tərəflər bu xüsusda təşkil ediləcək tədbirlərə dair fikir mübadiləsi aparıblar.
Nazirlər, regiondakı vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, habelə Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Səid Məmmədov: Rəsm çəkməyi, şahmat oynamağı çox sevirəm-MÜSAHİBƏ
ŞABAK Bakıda: Hersoq görün necə qorunur – Video
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb