Oktyabr 22, 2021

Ceyhun Bayramov: “Xankəndinə qanunsuz səfər edən fransalı deputatlar sülh quruculuğu səylərinə xələl gətirir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Turaz.org xəbər verir ki,bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər cari regional təhlükəsizlik vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, beynəlxalq təşkilatlarla əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparıblar.

Tərəflər, həmçinin Azərbaycan-Fransa ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi həyata keçirib və əməkdaşlığın inkişafı üçün mövcud potensialı qeyd edərək bu xüsusda qarşılıqlı marağı ifadə ediblər.

Nazir Ceyhun Bayramov Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:turaz.org/zakir-hesenov-beynelxalq-ictimaiyyeti-ermenistanin-veziyyeti-gerginlesdirmek-cehdi-ile-bagli-addimlar-atmaga-cagirib/

Həmçinin bax:tehsilim.org/azerbaycan-kollecleri-2/

Translate »