Sentyabr 30, 2022

Çin Korona vaksininə patent verdi

Çində yeni növ korona virus (Covid-19) epidemiyasına qarşı peyvəndləmə işləri sürətlənib. Hərbi Tibb Elmləri Akademiyası və Pekin Biotexnologiya İnstitutu ilə əlaqəli CanSino Biologics tərəfindən hazırlanan Ad5-nCoV peyvənd namizədi Çin Milli Əqli Mülkiyyət Administrasiyasından patent təsdiqini alıb. Chen Wei komandası tərəfindən hazırlanan peyvənd mart ayında Çində ilk olaraq klinik sınaqlara başlayıb. Dünyada epidemiyaya qarşı tədqiq edilən 150 vaksindən biri olan Ad5-nCoV, digər iki mərhələni iyun ayında tamamladığı və üçüncü mərhələyə keçdiyi açıqlanıb.
Digər bir Çin dərman şirkəti Sinopharm, korona virusu peyvəndi ilin sonuna qədər buraxılacağını açıqlayıb. Şirkət direktoru Liu Jingzhen, 2 doz peyvəndin təxminən 144 dollara başa gələcəyini söyləyib.
Təxminən 1.4 milyard əhalisinin hamısının peyvənd edilməsinə ehtiyacın olmadığını ifadə edən Jingzhen, tələbələrin və şəhərlərdə işləyənlərin bu peyvəndi almasının lazım olacağını, ancaq əhalisi az olan kənd yerlərində yaşayanların peyvənd etmələrinin lazım olmadığını qeyd edib.

Müxbir: turaz.org xüsusi müxbir Aysel Məhərrəmova

Mənbə: Korea mətbuatı

Həmçinin bax:https://kafkazh.com/neyrotransmitterler/https://kafkazh.com/mao-ile-sohbet-anna-louise-strong/

                                                                                                                                        

Translate »