Dekabr 5, 2021

Çin məktəblilərə ev tapşırığı ilə bağlı təzyiqləri aradan qaldırmağa çalışır

Çin həddindən artıq ev tapşırığı və dərsdən sonra gərgin məşğələ təzyiqlərini azaltmağa yönəlmiş təhsil qanunu qəbul edib.

Turaz.org xəbər verir ki, valideynlərdən uşaqlarının istirahət və idman üçün kifayət qədər vaxtlarının olmasını təmin etmələri və internetdə çox vaxt keçirməmələrinə nəzarət etmələri xahiş olunur.

Avqust ayında Çin altı və yeddi yaşlı uşaqlar üçün yazılı imtahanları qadağan etdi.

Rəsmilər o zaman xəbərdarlıq etmişdilər ki, tələbələrin fiziki və ruhi sağlamlığına zərər vurulur.

Son bir ildə dövlət uşaqların internetə və populyar mədəniyyətə “asılılığını” azaltmağa yönəlmiş bir sıra tədbirlər həyata keçirib.

Son tədbir şənbə günü ölkənin daimi qanunverici orqanı olan Ümummilli Xalq Konqresinin Daimi Komitəsi tərəfindən qəbul edilib.

Qanunun tam təfərrüatları hələ dərc olunmayıb, lakin mediada yayılan xəbərlərə görə, bu qanun valideynləri övladlarının əxlaqının, intellektual inkişafının və sosial vərdişlərinin qayğısına qalmağa təşviq edir.

Yerli hökumət “dərsdənkənar fəaliyyətlərin zənginləşdirilməsi” üçün maliyyə təmin etmək kimi məsələlərin yerinə yetirilməsinə cavabdeh olacaq.

Qanun sosial media saytı- Weibo’da müxtəlif reaksiyalar aldı, bəzi istifadəçilər yaxşı valideynlik hissini təriflədi, digərləri isə yerli hakimiyyət orqanlarının və ya valideynlərin özlərinin bu işin öhdəsindən gəlib-gəlməyəcəyini soruşdular.

South China Morning Post qəzetinə istinadən “Həftənin altı günü səhər 9 -dan axşam 9 -a qədər işləyirəm və gecə evə gələndə hələ də “ailə təhsili” almalıyam?” bir istifadəçi soruşdu.

“Siz işçiləri istismar edib, hələ də onlardan uşaq sahibi olmağı tələb edə bilməzsiniz”.

İyul ayında Pekin ölkədə fəaliyyət göstərən onlayn repetitorluq şirkətlərini əsas fənlərin tədrisindən qazanc əldə etmək imkanından məhrum etdi.

Yeni təlimatlar sənayeyə xarici investisiyaları da məhdudlaşdırdı və əsaslı təmirdən əvvəl təxminən 120 milyard dollar (87 milyard funt sterlinq) dəyərində olan özəl repetitorluq sektorunu dağıtdı.

Həmin vaxt bu addım, Çinin rekord aşağı doğum nisbətini qeyd etməsindən sonra səlahiyyətlilərin uşaq böyütmək üçün maliyyə təzyiqlərini azaltmağa çalışması kimi qəbul edildi.

Təhsil bərabərsizliyi də problemdir – daha varlı valideynlər uşaqlarını ən yaxşı məktəblərə daxil etmək üçün minlərlə pul xərcləməyə hazırdırlar.

Tərcüməçi: Aytac İsrayılova 

Həmçinin bax: tehsilim.org/emin-abid-gultekin/

Həmçinin bax: turaz.org/ozbekistanin-azerbaycandaki-sefirliyinde-prezident-seckileri-ile-bagli-sesverme-baslayib/

Translate »