Mart 29, 2023
Çin və Qazaxıstan münasibətləri

Çin və Qazaxıstan yeni keçid məntəqəsinin açılması imkanını müzakirə ediblər

 

Çin və Qazaxıstan Avrasiyanın yüksək səmərəli və rahat multimodal nəqliyyat arteriyasının yaradılması üzərində fəal işləyirlər.

Turaz.org bildirir ki, Çin Xalq Respublikasının Sədri Si Tsinpin ölkəmizə dövlət səfəri ərəfəsində “Kazakhstanskaya Pravda” qəzetində dərc olunmuş məqaləsində nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələsini qaldırıb.

“30 il infrastruktur əlaqələrinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi dövrüdür. Avtomobil, dəmir yolu, hava nəqliyyatı və boru kəmərlərini əhatə edən çoxvektorlu və multimodal infrastruktur şəbəkəsi uğurla formalaşdırılır. Hazırda Çin və Qazaxıstan Avrasiyanın nəhəng genişliyində yüksək səmərəli və rahat multimodal nəqliyyat arteriyasının yaradılması üzərində fəal işləyirlər. Ölkələrimiz arasında olan bütün 5 avtomobil və 2 dəmir yolu keçid məntəqəsi artıq öz normal fəaliyyətini bərpa edib”, – Si Tsinpin qeyd edib.

Onun sözlərinə görə, tərəflər yeni dəmir yolu keçid məntəqəsinin açılması imkanlarını intensiv şəkildə müzakirə edirlər. “Çin-Qazaxıstan Lianyunqanq Logistika Terminalı Qazaxıstan malları üçün dənizə çıxış açır”, – deyə vurğulayıb. Onun sözlərinə görə, Qazaxıstan ərazisindən keçməklə Çin-Avropa marşrutu ilə hərəkət edən yük qatarları tədarük marşrutlarının şaxələndirilməsinə töhfə verir və qlobal təchizat və istehsal zəncirlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.

Tərcümə:Günay Xankişiyeva

Translate »