Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi sentyabrın 29-da Almatı vaxtı ilə saat 09:22:00-da Çin ərazisində zəlzələ qeydə alıb.
Turaz.org bildirir ki, zəlzələnin episentri Almatıdan 359 km şərqdə, Çin ərazisində yerləşir. Zəlzələnin enerji sinfi 9.2-yə bərabərdir. MPV maqnitudası 4,1 bal olan zəlzələ 25 km dərinlikdə baş verib. Daha bir zəlzələ Almatı vaxtı ilə saat 10:26:55-də baş verib. Bu zəlzələnin episentri Qazaxıstan ərazisində Almatıdan 536 km şimal-şərqdə yerləşir. Zəlzələnin enerji sinfi 9.2-yə bərabərdir. Seysmik stansiya şəbəkəsi bildirir ki, MPV maqnitudası 4.0 bal olan zəlzələ 25 km dərinlikdə baş verib.
Son Xəbərlər
Özbəkistan BMT-də Aral problemini qaldırıb
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Qazaxıstanda keçirilən parlament seçkilərində səsvermə yekunlaşdı