İyun 3, 2023

Çin XİN: NATO Ukraynadakı müharibəyə görə məsuliyyəti öz üzərinə götürməlidir

“ABŞ və NATO Ukraynadakı müharibəyə görə məsuliyyəti öz üzərinə götürməlidir”.

Turaz.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Ninq deyib.

Onun sözlərinə görə, Pekin böhranın siyasi yolla həllində maraqlıdır: “Biz sülh və danışıqların tərəfdarıyıq”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Translate »