Fevral 2, 2023

Çində etirazlar fonunda məhdudlaşdırıcı tədbirlər yumşaldılıb

Çinin Pekin, Quançjou və Urumçi şəhərlərində karantin tədbirlərinə etirazlar fonunda bəzi məhdudiyyətlər yumşaldılıb.

Turaz.org  xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Quançjouda şəhər rəsmiləri koronavirus məhdudiyyətlərinə görə evlərini tərk etməyənləri məcburi gündəlik testlərdən azad edib.

Urumçidə isə virusun yayılma riski az olan yerlərdə nəqliyyat və çatdırılma xidmətləri yenidən işə başlayıb. Bu, anti-COVID tədbirlərinə qarşı son nümayişlərdən sonra baş verib.

Xatırladaq ki, həftəsonu Çinin bir neçə şəhərində ölkənin anti-COVID tədbirlərinə qarşı nümayişlər keçirilib.

Translate »