Fevral 7, 2023

Çinin casusluqla ittiham etdiyi yazıçının məhkəməsi başlayır

Yanq Hencun: Çində avstraliyalı yazıçının casusluqla bağlı məhkəməsi başlayır

Turaz.org xəbər verir ki, Pekindəki qapalı məhkəmədə, Çinin casusluqda imtiham etdiyi avstraliyalı-çinli bir yazarın məhkəmə proseduru başlayıb.

Avstraliya vətəndaşı Yanq Hencun, 2019-cu ildə hava limanında tutulduqdan sonra iki ildən çoxdur ki, həbsdədir.

Pekin, ittihamların təfərrüatlarını geniş şəkildə açıqlaya bilməyib.

Onun bu məsələsi iki ölkə arasındakı münasibətləri daha çətin bir hala gətirib.

Dr. Yanq, Çin məsələləri haqqında blog yazan bir araşdırmaçı və yazıçıdır. Ona “demokratiya taciri” ləqəbi verilib, lakin son illərdə hökuməti birbaşa tənqid edən heç bir məqaləsi olmayıb.

Avstraliya diplomatlarının cümə axşamı məhkəmə salonuna girişi qadağan edilib. Ərizələr Yanqın yaxınları tərəfindən də rədd edilib.

Avstraliyanın Çindəki səfiri Qraham Fletçer məhkəmədən əvvəl jurnalistlərə açıqlamasında deyib: “Bu, çox təəssüfedici hadisədir və qənaətbəxş deyil. Şəffaflığın olmaması da daxil olmaqla, bu işlə bağlı uzun müddətdir narahatıq və bu səbəbdən bunun özbaşına həbslə əlaqəli olduğu qənaətinə gəlmişik”.

Çinin Xarici İşlər Nazirliyi əvvəllər Avstraliyaya məsələyə müdaxilə etməməyi və ölkənin “məhkəmə suverenliyinə” hörmət etməsini söyləmişdi.

Avstraliya rəsmiləri dəfələrlə Yanqın millət üçün casus olmadığını bildirib.

Xarici işlər naziri Maryse Payne cümə axşamı Avstraliya Yayım Korporasiyasına (ABC) deyib: “Biz Çinin hüquq sisteminə qarışmırıq. Göstərdiyimiz və dilə gətirdiyimiz narahatlıqlar qanunauyğun məsələlərdir. Həqiqətən də doktor Yanq üçün ədalətli bir məhkəmə olacağına ümid edirəm, amma ona qarşı edilən ittihamlarla bağlı heç bir açıqlama və sübut görməmişik.”

Məhkəmənin bir gün davam edəcəyi və qərarın çox sonra açıqlanacağı gözlənilir. Çində cinayət məhkumluğu 99%-dir və milli təhlükəsizliyə qəsd etdiyinə görə yazıçı, 10 il və ya daha çox həbs cəzası ilə üzləşə bilər.

Avstraliya, 28 aydır ki, həbs olunan Yanq üçün narahat olduğunu bildirib.

Dr. Yanq tərəfdarlarına və vəkillərinə gündəlik olaraq sorğular və yuxudan məhrumetmə cəzaları ilə qarşılaşdığını söyləyib.

Məhkəmə ərəfəsində dostlarına və ailəsinə mart ayında göndərilən məktubunda səhhətinin pisləşdiyini, ancaq əqidəli qaldığını söyləyib.

“Əgər kimsə mənim yazılarıma və əməyimə görə məndən intiqam almaq istəyirsə, zəhmət olmasa ona Çində insanlara etdiklərimi və Çindəki insanlara yazdığım məktubların əhəmiyyətini izah edin. Hal-hazırda heç nədən qorxum yoxdur. Heç vaxt razılaşmayacam”.

Dr. Yanq daha əvvəl bir neçə il Çin hökumətində çalışıb. 1999-cu ildə Avstraliyaya mühacirət edib, vətəndaşlıq alıb və təhsilini davam etdirib, lakin son illərdə Kolumbiya Universitetində qonaq bir araşdırmaçı olduğu New Yorkda yaşayıb.

Həyat yoldaşı Yuan Ruyuvan ABC-yə “çox əsəbi olduğunu və məhkəmə prosesindən narahat olduğunu” bildirib.

Bəzi analitiklər Çin ilə Avstraliya arasındakı milli gərginliyi cənab Yanq və köhnə CGTN aparıcısı və 2020-ci ilin avqust ayında tutulan Avstraliya vətəndaşı Chen Lei-nin tutulması ilə əlaqələndirirlər.

Bu ilin fevralında ona da casusluq ittihamı verilmişdir.

Tərcüməçi: Əliquliyeva Şəhla

Translate »