Coğrafiya İnstitutu adından ölkə Prezidentinə müraciət dərc edilib
“Respublika” qəzetinin 8 avqust tarixli buraxılışında AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyevin müəssisə kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti dərc olunub.
Müraciətdə institutun tədqiqatçı alimlərinin, eləcə də bütün kollektivin müasir Azərbaycan Respublikasının milli demokratik prinsipləri əsasında formalaşmasında ölkə Prezidentinin vətənpərvərlik ideya və fikirlərini həmişə dəstəklədiyi və tərəfdarı olduğu bildirilib. Azərbaycanın coğrafiyaçı alimləri rəhbərin əvəzsiz xidmətləri müqabilində bütün “Türk dünyasının coğrafiyası”nı əhatə edən xüsusi monoqrafiyanı hazırlayıb nəşr etdiriblər. Monoqrafiyada ilk dəfə olaraq türk dünyasını təmsil edən dövlətlərin və xalqların coğrafi təkamül tarixi, dünya tarixi mədəniyyətinin coğrafiyasında əhəmiyyətli rolu olan türkdilli xalqların ümumi tarixi kökləri, ortaq dəyərləri, ortaq zəngin irsi bütöv bir zəncir olaraq təhlil edilib. Monoqrafiya bütün türk dünyasının milli-genetik birlik reallığının tanınmasında əvəzsiz rol oynayır.
Bildirilir ki, institut kollektivi bəşəriyyətin iqtisadi-sosial və mənəvi dünyasına təhlükə olan qlobal pandemiyanın Azərbaycan ərazisində kütləvi yayılmasının qarşısının alınması istiqamətində ölkə Prezidentinin vaxtında gördüyü işləri alqışlayır, eləcə də tarixi düşmənimizin Azərbaycan əraziləri haqqında həmdəmxəyal fikirlərinə son qoyulması, onların yerində oturdulması üçün atılan bütün addımları dəstəkləyir.
Mənbə:science.az
Müxbir:Aytac Cəfərova
Həmcinin bax:https://kafkazh.com/selcuqlu-dovleti-malazgirt-doyusu-erefesinde/https://tehsilim.org/muellimler-ucun-kurikulum-uzre-sinaq-imtahani/
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”