Sentyabr 30, 2022

COVID-19-la əlaqədar Maliyyə Nazirliyinin inzibati binasına giriş qaydalarında yenilik

Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan hökumətinin gördüyü tədbirlər çərçivəsində avqustun 31-dən etibarən Maliyyə Nazirliyinin inzibati binasına daxil olan əməkdaşlar və qonaqlar “E-Təbib” tətbiqi yüklənmiş smartfon telefonlarını xüsusi qurğuya yaxınlaşdıraraq oxutmalıdırlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, statusu “qırmızı” və ya “sarı” olan şəxslərin Maliyyə Nazirliyinin inzibati binasına girişi qadağan olunacaq. Təlimata əsasən, “qırmızı” statuslu şəxs COVID-19 virusunun daşıyıcısı olduğuna görə dərhal izolyasiya olunmalı, “sarı” statuslu şəxs isə testinin cavabı pozitiv olan aktiv xəstə ilə yaxın məsafədə olduğuna görə yoluxma ehtimalına qarşı izolyasiya edilərək yoxlanışdan keçməlidir. Qurğu vasitəsilə yoxlanılması təmin edilməyən əməkdaşlar və qonaqlar isə inzibati binaya buraxılmayacaq.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən preventiv tədbirlərin görülməsi üçün “E-Təbib” mobil tətbiqi hazırlanaraq istifadəyə təqdim olunub. Bu tətbiq vasitəsilə istənilən şəxs ictimai yerlərdə olarkən ətrafındakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edilirlər. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olan şəxsə (məsələn növbədə, dükanda, ictimai nəqliyyat vasitələrində, ticarət mərkəzlərində və sair) bildiriş göndərilir və laboratoriya testinə dəvət olunur. “E-Təbib” “bluetooth” texnologiyası əsasında işləyir və yaxınlıqdakı digər tətbiq istifadəçiləri ilə əlaqə qurur.

Müxbir:turaz.org xüsusi müxbir Jalə Hüseynova

Mənbə: azertag.az
Həmçinin bax:https://azertag.az/xeber/Hulusi_Akar_Biz_haqqin_huququn_ve_qardasligin_terefindeyik-1570841

https://kafkazh.com/vetenin-qururlu-ovladlari-5/

Translate »