Oktyabr 5, 2022

COVİD-19-un ikinci dalğası Latviyada umumi daxili məhsulu 9 faiz azalda bilər

Latviya Maliyyə Nazirliyi bu il ölkənin ümumi daxili məhsulunun (ÜDM) 7 faiz, koronavirusun ikinci dalğasının baş verəcəyi təqdirdə isə 9 faiz azala biləcəyini proqnozlaşdırır.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, nazirlik tərəfindən hazırlanmış ölkənin 2021-ci il üzrə büdcəsinin və 2021-2023-cü illər üçün ortamüddətli büdcənin əsasını təşkil edəcək makroiqtisadiyyatın inkişafına dair ssenari nəzərdən keçirilib.
Əsas ssenaridə böhranın təsiri ilə ixracın, investisiyaların və özəl xərclərin azalması səbəbindən ÜDM-in 7 faiz aşağı düşməsi proqnozlaşdırılır. 2021-ci ildə iqtisadi artımın yenidən bərpa olunacağı və ümumi daxili məhsulun 5,1 faiz, 2022-2023-cü illərdə isə 3,1 faiz artacağı ehtimal edilir.

Müxbir: turaz.org xüsusi müxbir Şəbnəm Heydərli
Mənbə: azertag.az
Həmçinin bax:https://kafkazh.com/zenbur-jurnali/

https://www.bbc.com/azeri/international-53599696

Translate »