Fevral 8, 2023

COVID-19 yayılma sürəti Cənubi Koreyada narahatlığa səbəb olur

COVID-19 yayılma sürəti Cənubi Koreyada narahatlığa səbəb olur

Turaz.org xəbər verir ki, Cənubi Koreyada artıq üçüncü gündə 500-dən çox yeni koronavirus hadisəsi qeydə alındı, viral yayılma sürəti yazda baş verən ən şiddətli dalğadan bəri görünməmişdir.

Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması təşkilatı Şənbə günü (28 Noyabr) 504 hadisə qeydə alıb, bununla da ölkə daxilində 522 ölüm daxil olmaqla xəstələrin sayı 33.375 ə qalxıb.


Yeni hadisələrin təxminən 330-u, səhiyyə işçilərinin xəstəxanalar, məktəblər, saunalar, idman salonları və ordu birlikləri ilə əlaqəli fəaliyyətləri dayandırmaq üçün mübarizə apardıqları 51 milyon əhalinin yarısının yaşadığı, sıx məskunlaşan Seul metropoliten bölgəsindən gəldi.


Müxbir: Məmmədova Zöhrə
Tərcümə: Ayşən Abbasova

Həmçinin baxhttps://kafkazh.com/kelbecer-lacin-iqtisadi-rayonunun-turizm-potensiali/

Həmçinin baxhttps://turaz.org/beynelxalq-sernisinler-ucun-covid-19-peyvendi-teleb-oluna-biler/

Translate »