Mart 21, 2023

“COVID-19″la bağlı fövqəladə vəziyyət rejimi ləğv olunacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus əmindir ki, 2023-cü ildə COVID-19 pandemiyası başa çatacaq və bu xəstəliklə bağlı beynəlxalq fövqəladə vəziyyət rejimi ləğv olunacaq.

Turaz.org TASS-a xəbər verir ki, bu fikirləri ÜST başçısı səhiyyə sahəsinə verdiyi töhfəyə görə ona Tomas Frensis (oğul) medalı təqdim olunarkən deyib.

“Əminəm ki, bu il biz həm də pandemiya kimi beynəlxalq əhəmiyyət kəsb edən COVID-19 virusunun ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət kimi başa çatdığını deyə biləcəyik”, – deyə Qebreyesus bildirib.

O xatırladıb ki, martın 11-də COVID-19 virusunun qlobal yayılmasının ÜST tərəfindən pandemiya kimi ilk dəfə səciyyələndirdiyi tarixdən düz 3 il keçir. Bu, dünya KİV-lərinin diqqətini çəkən əlamətdar an idi. Lakin onun sözlərinə görə, ÜST tərəfindən həmin tarixdən 6 həftə əvvəl – 2020-ci il yanvarın 30-da təşkilat koronavirusun yayılmasını “ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət kimi” elan edilməsi daha mühüm məqam oldu.

“Yaxşılaşma əhəmiyyətli şəkildədir”, – deyə Qebreyesus vurğulayıb.

Translate »