Cozef Bayden ABŞ prezidenti postuna namizəd olmağa razılıq verib
Cozef Bayden ABŞ prezidenti postuna Demokratik partiyadan namizəd olmağa razıdır.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Cozef Bayden bunu Viskonsin ştatının Miluoki şəhərində virtual şəkildə keçirilən partiya qurultayında elan edib.
“ABŞ prezidenti postuna namizədliyi böyük qürur hissi ilə qəbul edirəm”, – deyə Cozef Bayden bildirib.
Onun sözlərinə görə, Prezident Donald Trampın fəaliyyəti səbəbindən hazırda ABŞ qorxu, qəzəb və fikir ayrılıqları içərisindədir.
Cozef Bayden qələbə qazanacağı təqdirdə ona səs verməyən vətəndaşların maraqları üçün də çalışacağını və partiya mənsubiyyətindən asılı olmayaraq bütün amerikalılara xidmət edəcəyini vəd edib.
Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Demokratik partiya avqustun 18-də Cozef Baydeni ali dövlət postuna namizədliyini təsdiq edib. Bu seçkilərdə Cozef Baydenin rəqibi respublikaçıların namizədi hazırkı Prezidenti Donald Tramp olacaq.
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova
hemcinin bax https://kafkazh.com/huseyn-cavid-heyat-ve-yaradiciligi/
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib