Dekabr 9, 2022

Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin nəqliyyat nazirlərinin iclası keçirilib

Daşkənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin altıncı iclası keçirilib.

 

Turaz.org bildirir ki, Özbəkistanın sədrliyi ilə keçirilən iclasda Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan, Türkmənistanın nəqliyyat nazirləri, Türk Dövlətləri Təşkilatının baş katibi və bu sahədə çalışan beynəlxalq ekspertlər iştirak ediblər. Təşkilatın üzvü olan ölkələr arasında nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın təmin edilməsi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədi daşıyan tədbirə qurumun baş katibi Bağdad Amreyev rəhbərlik edib. Özbəkistanın nəqliyyat naziri İlham Məhkəmov qeyd edib ki, türk dövlətləri arasında ticarət-iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. 2021-ci ildə Özbəkistanın üzv dövlətlərlə xarici ticarət dövriyyəsi 8,3 milyard dollar təşkil edib. İxracın həcmi 3,1 milyard dollar, idxalın həcmi isə 5,3 milyard dollar təşkil edib. Bildirilib ki, ötən il Özbəkistanla Təşkilatın üzvü olan ölkələr arasında yükdaşımaların həcmi 27,6 milyon ton təşkil edib ki, bunun da 80 faizindən çoxu dəmir yolu, 18 faizi avtomobil daşımalarının payına düşüb. İclasın yekununda Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq multimodal daşımalara dair Saziş və Nəqliyyatda Qarşılıqlı Fəaliyyət Proqramı imzalanıb. Yüklərin daşınması üçün icazə blanklarının elektron mübadiləsi sistemi olan “Elektron icazə” layihəsinin istifadəyə verilməsi mərasimi olub.

Müxbir: Aytac Cəfərova

Tərcüməçi: Günay Xankişiyeva

Həmçinin bax: https://turaz.org/ozbekistan-ve-tacikistan-serhedde-yeni-kecid-menteqeleri-acir/

Translate »