Yanvar 26, 2022

Daşkənddəki hərbi şəhərcik hərracda 266,4 milyard suma satılıb

Dekabrın 13 – də Daşkənddə 27,9 hektar torpaq sahəsi və hərbi şəhərcik hərraca çıxarılıb.

Turaz.org xəbər verir ki, dekabrın 13-də Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi Daşkənd şəhərinin Çilanzar rayonunda yerləşən 27,9 hektar torpaq sahəsi və 29851 kvadratmetr tikili olan hərbi şəhərciyi onlayn hərraca çıxarıb.

Qeyd olunur ki, üç iştirakçı dövlət əmlakının satışına böyük maraq göstərib. 1 saat 23 dəqiqə davam edən hərracın sonunda ilkin qiyməti 204 milyard manat olan əmlakın dəyəri 15 pillə artırılaraq 266,4 milyard manata satılıb.

Hərracın qalibi Müəssisə və Təşkilatların Vahid Dövlət Reyestrinə uyğun olaraq bu il dekabrın 2-də yaradılmış “Dombrobod City Group” MMC olub. Ehtiyat qalib 262,3 milyard sum təklif edən “Build Power” MMC olub.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qazaxistanin-bas-naziri-covid-19-a-qarsi-revaksinasiya-tempini-suretlendirmeyi-tapsirib
Həmçinin bax: kafkazh.com/qerbi-hun-dovletinin-suqutu-ve-avropalilarin-yaddasinda-atilla

Translate »