Fevral 3, 2023

Daşkənddəki məhəllələr YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilə bilər

Kütləvi İnformasiya Vasitələri Fondunun Himayəçilər Şurasının sədr müavini Səidə Mirziyoyeva bildirib ki, Daşkənddəki məhəllələr YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısının birinci siyahısına daxil edilib. O, hadisəni qlobal miqyasda tarixi hadisə adlandırıb.

Turaz.org xəbər verir ki , “Köhnə şəhər məhəllələrinin mədəni təbəqələrinin qorunub saxlanması üçün ilk addımlar 2019-cu ildə, Venesiya Memarlıq Biennalesində təqdim olunan “Məhəllə: şəhər və kənd həyatı” layihəsi hazırlanarkən atılıb”, deyə o xatırladıb.

“Bizim məhəllələrimiz beynəlxalq ekspertlər tərəfindən eko-arxitekturanın bərpası, müasir şəhərlərin kütləvi urbanizasiyadan qorunması, eləcə də sosial dəyərlərin və icmanın qorunub saxlanılması vasitəsi kimi tanınıb”, – deyə Səidə Mirziyoyeva əlavə edib.

“Təbii ki, bu ərazidə heç bir investisiya tikintisi layihəsinə icazə verilməyəcək. Daşkəndin ürəyi olan qədim Zərkaynar küçəsinin taleyi ilə səmimi maraqlanan hər kəsə – ictimaiyyət nümayəndələrinə, fəallara, jurnalistlərə və bloggerlərə təşəkkür edirəm. Biz həmçinin icmanın mühafizəsi layihəsini dəstəklədiyi və onu Ümumdünya Təbii və Mədəni İrs Siyahısına daxil etdiyi üçün YUNESKO-ya təşəkkür edirik.

Biz məhəllələrin qorunub saxlanmasına ictimai məsuliyyət və şüurlu yanaşma əsasında bu istiqamətdə elmi-bərpa işlərini davam etdirəcəyik”, – deyə Səidə Mirziyoyeva bildirib.

Xatırladaq ki, yanvarın sonunda prezident Şövkət Mirziyoyevə Daşkəndin İçərişəhərində Zərkaynar küçəsinin abadlaşdırılması layihəsi təqdim edilmişdi. Layihənin təşəbbüskarı “Mimar Group” şirkəti orada “Qədim şəhərin ruhunu qoruyub saxlayaraq” turizm mərkəzinin yaradılmasını təklif edib.

Müxbir: Əzizə Əlizadə

Tərcüməçi: Şirinzadə Aliyə

Translate »