Oktyabr 4, 2022

Daşkənddən Bişkekə yola düşən avtobus Qazaxıstanda qəzaya düşüb

Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə Daşkənddən Bişkekə yola düşən avtobus Qazaxıstanın Türkistan vilayətində qəzaya düşüb. Qəzada 12 nəfər ağır zədə alıb.

 

Turaz.org Qazaxıstandan əldə edilən məlumata istinadən xəbər verir ki, qəza barədə məlumat səhər 7:18 radələrində Tulkibas şəhərinin növbətçi polis şöbəsinə məlum olub. Hadisə yerinə gələn polis zabitləri özbək şirkətinə məxsus “Mironshox Grand Trans” avtobusunun Şakpak vilayətindən 601 km uzaqlıqda qəzaya düşdüyünü görüblər.

Avtobusda xarici vətəndaşlar da var idi. Hadisə nıticəsində 12 yaralı ən yaxın xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü Qırğızıstan vətəndaşıdır.

Fakt ehtiyatsızlıqdan insan sağlamlığına ciddi zərər vuran yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması kimi qeydə alınıb. Qəzanın baş vermə səbəbləri müəyyənləşdirilir.

Avtobus avqustun 26-da saat 22:00-da Daşkənd avtovağzalından çıxıb, orada ümumilikdə 47 sərnişin və 2 sürücü olub.

Müxbir:Aytac Cəfərova

Tərcüməçi:Nigar Yusubova

Translate »