Oktyabr 23, 2021

David Zalkaliani: Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir

Azərbaycanın Gürcüstanda təyin olunan yeni səfiri Faiq Quliyev etimadnaməsinin surətini sentyabrın 23-də bu ölkənin xarici işlər naziri David Zalkalianiyə təqdim edib.
Turaz.orghttp://turaz.org/ AZƏRTAC-a istinadən xəbər verir ki, D.Zalkaliani Azərbaycan ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini xüsusi vurğulayıb. O, yaxın qonşu və dost ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə daha da genişləndiyini və möhkəmləndiyini bildirib.
Nazir Faiq Quliyevi Gürcüstanda səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Nazir, ölkələrimiz arasında yüksək səviyyəli strateji və dostluq əlaqələrinin bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Faiq Quliyev Azərbaycan dövlətinin Gürcüstan ilə münasibətlərə böyük önəm verdiyini qeyd edib, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişafına və daha da möhkəmlənməsinə çalışacağını bildirib.
Görüşdə həmçinin, Gürcüstan-Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti, gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müxbir:turaz.org xüsusi müxbiri Arzu Əliyeva

Həmçin bax:https://turaz.org/asiya-inkisaf-banki-ile-muzakireler-aparilib/

Həmçin bax:https://kafkazh.com/yeniyetmelik-dovrunun-problemleri-ve-onlarin-hell-yolu/

Translate »