Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 26-cı Sarayevo Film Festivalında qalib olub.
AZƏRTAC xəbər verir ki, film “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssam Elturan Məmmədov, həmprodüsserləri Guillaume De Seille, Kamran Aydinov, prodüserləri Rüfət Həsənov, Kamal Həsənov və Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov ifa edir.
Filmin baş qəhrəmanı, şahmatçı gənc mənəvi və fiziki təzyiqlərdən başını götürüb vəhşi atlar yaşayan və bir sakini olan adaya qaçır
Mənbə:azertac.az
Müxbir:turaz.org xüsusi müxbiri Aytac Cəfərova
Həmçinin bax:https://www.hurriyet.com.tr/haberleri/turkiye
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”